"Azərişıq" ASC-nin mobil tətbiqi vasitəsilə elektrik enerjisi üzrə smart kartların balansını artırmaq mümkün olacaq.
Bunu "APA-Economics"ə ASC-nin enerji satışı departamentinin direktor müavini Vüqar Nəbibəyli deyib.
Onun sözlərinə görə, bu əməliyyatı smartfonlar üçün nəzərdə tutulan xüsusi kart oxuyucular vasitəsilə aparmaq mümkün olacaq:
"Bu xidmətin cari ilin iyun ayınadək istifadəyə verilməsi nəzərdə tutulur".