“Türkiyə dünyada ən çox qaçqına ev sahibliyi edir. Ölkəmizin miqrantlarla bağlı siyasətində hər hansı dəyişiklik yoxdur”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hami Aksoy deyib.
O bildirib ki, İdlibdə baş verənlər Türkiyədəki qaçqınlara təsir göstərməkdədir.
“Məlum hadisələrdən narahatlıq keçirən ölkəmizdəki bəzi qaçqınlar qərb sərhədlərimizə doğru hərəkət etməyə başlayıblar. Vəziyyətin pisləşməsi nəticəsində bu risk artmağa davam edəcək", - deyə H. Aksoy vurğulayıb.