Azərbaycanda Milli Turizm Strategiyası hazırlanacaq.
APA-nın məlumatın görə, bu, “Turizm haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, turizm sahəsinin inkişafının planlı şəkildə həyata keçirilməsi üçün vahid strateji sənəd - Milli Turizm Strategiyası sənədi hazırlanacaq və mütəmadi yenilənəcək.
Qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin martın 16-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.