Naşir, tərcüməçi-yazar, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu sosial şəbəkə hesabında canlı olaraq oxucularla görüşüb. Naşir Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü ilə "Nələri oxumaq lazımdır?" barədə fikirlərini paylaşıb.
Onun fikirləri həm naşirin şəxsi, həm də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin sosial şəbəkələrdəki səhifələrində #evdeqal; #evdeqalmutaliedenqalma heşteqləri ilə canlı yayımlanıb.
Bir saat davam edən canlı yayımda mövcud pandemiya ilə əlaqədar yaranmış karantin günlərini daha səmərəli keçirtməyin yolu kimi mütaliənin əvəzsiz olduğunu deyən Şahbaz Xuduoğlu öncə motivasiya kitabları, sonra isə oxunmasını məsləhət gördüyü dünya və Azərbaycan yazıçılarının kitablarından söz açıb. Fikir mübadiləsinə izləyicilər də qoşulub, öz suallarını, irad və təkliflərini naşirə ünvanlayıblar.
Sonda özünün hazırda oxuduğu kitablardan da söz açan Şahbaz Xuduoğlu deyib: “Hansı ədəbiyyat sizə həyat eşqi bəxş edirsə, hansı ədəbiyyat sizin içinizdəki yatmış ocaqları oyadırsa, ona üstünlük verin”.
ŞAHANƏ