|
|
|
|
Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, sabiq prezidentin vəkili Sergey Slesarev bildirib ki, A. Atambayev Bişkekin 1 May Məhkəməsinin hökmü ilə 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Qırğızıstanın keçmiş prezidenti A. Atambayev avqust ayında həbs edilib. Sabiq Prezidentə qarşı Qırğızıstanda vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya da daxil olmaqla, bir neçə maddə üzrə ittiham irəli sürülüb.