../img/pics/medium/166040_xnijhzznpy.jpg Azərbaycanlı rejissorun uğuru ictimaiyyətin diqqətində - Şahanə Müşfiqin yazısı
../img/pics/medium/166041_8tpgdkek8j.jpg Labirint - Türkan Turan yazır
../img/pics/medium/166042_ryc80l53cj.jpg İş-işdən keçərsə... - Aytac Sahəd yazır
../img/pics/medium/166043_0gxutdnku2.jpg Aclıq - Natəvan Abdulladan yeni yazı
SON XƏBƏRLƏR
9 Avqust 2020
8 Avqust 2020
7 Avqust 2020

Avrokubokun astanasında: məşq yox, oyun yox

BƏS, NECƏ OLACAQ?

Avrokubokun astanasında: <b style="color:red">məşq yox, oyun yox</b>

Aydın BAĞIROV
[email protected]

Azərbaycan hökumətinin koronavirusla bağlı elan etdiyi sərt karantin rejimi iyulun 5-də başa çatır. Amma tətbiq edilən qadağalara baxmayaraq, son günlər bu xəstəliyə yoluxma sayının daha da artması narahatlıq doğurur.

Gün ərzində minumum 500 vətəndaşımızın virusa yoluxduğunu nəzərə alsaq, sərt karantinin növbəti dəfə uzadılmaq ehtimalı az deyil. Belə olan halda, bütün digər sahələrdə olduğu kimi, idman və futbolda da vəziyyət daha pis hal alacaq.

İndiki durum xüsusən narahatlıq doğurur. Çünki avqustda avrokuboklar, sentyabrın əvvəlləri Millətlər Liqasının oyunları başlayır. Klublar və milli üzvlərinin fiziki durumu isə həmin turnirlərə hazır deyil. Ona görə ki, iyunun 1-21-i arasındakı qısa dövrü çıxmaqla komandalar son üç ayda faktiki olaraq, məşqsiz, oyunsuz qalıblar. AFFA çempionatı dayandırmalı olub, hökumətin qərarına əsasən isə komandalar məşq keçə bilmirlər. Normalda bu vaxtlar təlim-məşq toplanışında olmalı idilər. Amma indi hamısı evdə qalıb, bekarçılqdan "Çukur"un köhnə seriyalarını izləmək məcburiyyətindədirlər.

Belə bir durumda yenə də dövlətin idmana cavabdeh qurumu olan Gənclər və İdman Nazirliyinin, eləcə də AFFA-nın məsuliyyəti daha da artır. Hazırda yerli çempionatda yeni mövsümün nə zaman başlayacağı ikinci plandadır. İndi ilk növbədə Avropa kuboklarında oynayacaq dörd komandamıza ("Qarabağ", "Neftçi", "Keşlə" və "Sumqayıt") hazırlıq üçün şəraitin yaradılmasıdır. Əks halda bu, klubların avrokuboklarda, sonra isə millinin Millətlər Liqasındakı nəticələrində mənfi təsirini göstərəcək. Fərz edək ki, lap bu həftə karantin rejimi yumşaldıldı. Yenə də Bakıdakı hazırlıq heç bir klub üçün fayda verməyəcək. Yox, əgər sərt karantin uzadılsa, hökumət tərəfdən istisna hal kimi avrokuboklara qatılacaq dörd komandaya məşq üçün icazə alınmalıdır. Çünki söhbət artıq Azərbaycan idmanın beynəlxalq imicindən gedir.

Və bu icazə olsa həmin komandaların Bakıda deyil, sərt karantin rejiminin tətbiq edilmədiyi Qəbələyə gedərək təlim-məşq toplanışlarını orada təşkil etməsi bu gün üçün ən yaxşı çıxış yolu olar. Əvvəla orada paytaxta nisbətən həm hava sərindir, həm meydançalar yaxşı vəziyyətdədir, həm də komandaların bir-biri ilə yoxlama matçları, yaxud mini-turnir keçirilməsi mümkündür.

Təəssüf ki, məlum səbəblərdən sərhədlər bağlanıb və komandalar əvvəlki illərdəki kimi xaricə hazırlığa gedə bilmirlər. İşin daha bir mənfi tərəfi odur ki, bəzi klublar legioner almaq istəsələr də, tərəddüd qarşısındadırlar: aldıqları futbolçu bura necə gələcək? Məsələn, Çempionlar Liqasında oynayacaq "Qarabağ" Kevin Medina adlı müdafiəçi transfer edib. Amma o, neçə vaxtdır, Portuqaliyadan gəlib yeni komandasının düşərgəsinə qoşula bilmir.

Bu sadaladıqlarımız Avropa kuboklarında yarışacaq klublarımızın çıxışına mənfi təsir göstərə biləcək əsas faktorlardandır. Deməli, mümkün risklər indidən nəzərə alınmalıdır. Yoxsa, İdman Nazirliyi və AFFA tədbirli davranıb indidən gərəkən addımları atmasa, bu, komandların nəticələrində yaxşı iz qoymayacaq.


 
MÜƏLLİFİN DİGƏR YAZILARI
Uşaqlara futbol yox, söyüş öyrədən məşqçilər - Aydın Bağırovun yazısı Uşaqlara futbol yox, söyüş öyrədən məşqçilər - Aydın Bağırovun yazısı
AFFA-nın İntizam Komitəsinin fevralın 25-də açıqladığı qərarda diqqətimi bir məqam çəkdi. Uşaq liqalarında ayrı-ayrı komandaların ümumən 4 məşqçisi hakimləri təhqir etdiyinə görə...
28.02.20
Futbolumuzda yeni istedad göründü - Aydın Bağırovun yazısı Futbolumuzda yeni istedad göründü - Aydın Bağırovun yazısı
Premyer Liqamızın 17-ci turunun ötən bazar günü keçirilən "Səbail" - "Qəbələ" qarşılaşmasını, rəsmi protokola əsasən, stadiondan 650 tamaşaçı izləyirdi. Bəli, say azdır, olmaqda da...
19.02.20
Bizim problem... Bizim problem...
Kobe Brayantın şəxsində dünya idmanına üz verən ağır itki idman jurnalistikamızda bir ciddi problemi ortaya çıxardı. ...
28.01.20
Musa... Musa...
Antalyadan qayıtdıqdan sonra, iki gün öncə yazdığım yazıda belə bir qeydlər vardı: ...
25.01.20
Yüksələn Yüksələn "Qarabağ", enən "Neftçi"... - Aydın Bağırovun yazısı
Dörd oyun, dörd qələbə, on iki xal. Komanda on qol vurub, bir qol belə buraxmayıb....
18.09.19
“Qarabağ” on nəfərlə oynadı - Aydın Bağırov “Qarabağ” on nəfərlə oynadı - Aydın Bağırov
Kiprdəki oyundan iki gün sonra Rəşad Sadıqova telefon söhbətimdə deyəndə ki, sizə uduzduqdan sonra APOEL baş məşqçisini istefaya göndərib və yerinə də bir zamanlar “Borussiya” Dortmundu çalışdıran...
14.08.19
Bizim “Çelsi”... - Aydın Bağırov yazır Bizim “Çelsi”... - Aydın Bağırov yazır
“Arsenal”la “Qarabağ”ın Londonda keçirilən oyunun sonlarında yaşanan təxribat yadınızda qalıb? Bir erməni gənc Dağlıq Qarabağın separatçı rejiminin “bayrağı” ilə meydana daxil olaraq, onu açmağa...
27.05.19
UEFA mötəbər finalı niyə Bakıya saldı? - Aydın Bağırov yazır UEFA mötəbər finalı niyə Bakıya saldı? - Aydın Bağırov yazır
Son günlər Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar mediadakı siyasi müzakirələrdə bir neçə fakt qarşıma çıxmadığı üçün bu məsələyə toxunmalı olacam. Belə görünür ki,...
13.05.19
"Qarabağ"ın Anayasası - Aydın Bağırov yazır
2004-cü ilin ortalarında Tahir Gözəlin iştirakı ilə "Qarabağ" rəhbərliyinin keçirdiyi mətbuat konfransında maraqlı bir hadisə yaşandı....
12.05.19
Bakı finalına 30 min azarkeş gəlir Bakı finalına 30 min azarkeş gəlir
Avroliqanın Bakı finalında (29 may) böyük ehtimalla "Arsenal" və "Çelsi" üz-üzə gələcək. Yəni London derbisi bu dəfə Azərbaycan paytaxtında olacaq. ...
05.05.19
"Ayaks" və biz - Aydın Bağırov yazır
Əvvəlcə bu adlara diqqətlə fikir verək. Coel Veltman 27 yaş, Deyli Blind 29 yaş, Nussair Mazraui 21 yaş, Donni van de Bek 22 yaş və nəhayət, Matteys de Liqt - cəmi 19 yaş və kapitan! ...
19.04.19
Allah vergisi... - Aydın Bağırov yazır Allah vergisi... - Aydın Bağırov yazır
Bəzən futboldan doyanda üz tutduğum başqa bir idman növü olur - peşəkar boks. Futbol qədər olmasa da, hər halda həm populyarlığına, həm də kommersiya gəlirlərinə görə peşəkar boksun döyüşləri...
17.04.19
Qurban Qurbanov getməlidimi?.. Qurban Qurbanov getməlidimi?..
Danışıb tənqid etdik, tənqid etməkdə də davam edirik. Haqlı o qədər məqam var ki... Niyə bu vəziyyətə düşdü "Qarabağ"? Günahkar axtarırıqsa, uzaq məsafədən uşaqcasına qol buraxan qapıçı da...
30.11.18
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.