https://525.az/img/pics/medium/2024-03/308277_bixbhlvc2s.jpg Jurnalistika - "tələsik yaradılan ədəbiyyat" - Gülay Tahirli yazır
https://525.az/img/pics/medium/2024-02/303253_0421emrqww.jpg Nəsillər arasındakı anlaşılmazlıq: təkrarlanan "çatlar"
https://525.az/img/pics/medium/2024-03/308269_0pagv71pno.jpg AMEA-da Elm Günü qeyd olunub
https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
search
29 Mart 2024

Emin: "İşçilərin maaşını vermək üçün 3 maşınımı satdım"

Emin: "İşçilərin maaşını vermək üçün 3 maşınımı satdım"

Xalq artisti Emin Ağalarov pandemiya ərəfəsində biznes sahəsində baş verən çətinliklərin ondan da yan keçmədiyini açıqlayıb.

Axşam.az xəbər verir ki, "Crocus Group"un vitse-prezidenti bu haqda İnstaqramda "Chez Next" layihəsinin qonağı olarkən danışıb. O bildirib ki, şirkətləri hazırda iqtisadi böhran yaşayır.

Müğənninin atası və "Crocus Group"un prezidenti Araz Ağalarov da bir müddət əvvəl açıqlamasında biznesini batan gəmiyə bənzətmişdi: "Gəmi böhran vəziyyətindədir. Bir az da davam etsə, o, batacaq. Əgər nələrisə yoluna qoya bilsək, onu xilas edə biləcəyik".

Emin isə atasının sözlərinə əlavələr edib. O deyib ki, ağır günlərdə üç avtomobilini satıb: "Bu pul da işçilərin maaşını ödəməyə bəs etmir. Buna görə də kredit götürmək lazımdır. Qalan maşınlarımı da satsam,  "Crocus Group"un işçilərinin maaşını ödəməyə bəs etməz".

E.Ağalarov hazırda mağazalarının, restoran və kafelərinin, konsert zallarının çalışmadığını söyləyib. "Crocus Group"un sərgi zalı isə koronavirus xəstələri üçün hospitala çevrilib. Şirkət isə bunun qarşılığında heç bir gəlir əldə etmir:

"Pulun bir hissəsini aldıq, xəstəxananı düzəltdik. Sonda hər şey hesablanacaq və qalan məbləğ ödəniləcək".

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.