https://525.az/img/pics/medium/2023-10/289144_y5l42v7hbi.jpg İrəvanda anadilli mətbuatımızın təməl daşı: 110 yaşlı "Ləklək"
https://525.az/img/pics/medium/2024-03/307218_8ptmqq5r42.jpg Təbib olsam...
https://525.az/img/pics/medium/2024-03/307352_h968sw1thd.jpg “525-ci qəzet”in 19 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-03/307220_ksostchfr2.jpg Kim daha çox xoşbəxt olar?! - Rəvan Cavid yazır
search
19 Mart 2024
18 Mart 2024

Azərbaycan atleti dopinq səbəbindən London Olimpiadasında bir pillə irəlilədi

Azərbaycan atleti dopinq səbəbindən London Olimpiadasında bir pillə irəlilədi

 Beynəlxalq Olimpiya Komitəsi (BOK) ağır atletika üzrə dünya çempionu Mete Binayla bağlı qərarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, antidopinq qaydalarını pozan türkiyəli atletin London-2012 Yay Olimpiya Oyunlarındakı nəticələri ləğv edilib.

69 kq çəki dərəcəsində çıxış edən idmançı Böyük Britaniya paytaxtında 6-cı yeri tutub. Onun orqanizmində stenazalol aşkarlanıb. Nəticəsi ləğv olunan idmançıya təqdim olunan diplomun geri qaytarılması barədə Türkiyə Olimpiya Komitəsinə müraciət ünvanlanıb. BOK Binayla bağlı gələcək qərarları verməyi Beynəlxalq Ağır Atletika Federasiyasına (İWF) həvalə edib.

Türkiyəlinin nəticəsinin ləğvi London-2012-də bu çəkidə çıxış etmiş Azərbaycan idmançısı Sərdar Həsənovun da göstəricisinə təsir edib. Olimpiadada 8-ci yeri tutan atletimiz 7-ci yerə yüksəlib.

Qeyd edək ki, Binay 2010-cu ildə dünya və Avropa çempionu adını qazanıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.