Rusiyanın Xarici İşlər və Müdafiə nazirlikləri münaqişənin daha da genişlənməsinin qarşısının alınması və vəziyyətin normallaşdırılması məqsədilə Azərbaycan və Ermənistan tərəfləri ilə iş aparırlar.
AZƏRTAC xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bunu Moskvada brifinqdə bəyan edib.
M.Zaxarova vurğulayıb: “Deyə bilərəm ki, XİN-in saytında iyulun 13-də dərc edilən Rusiyanın xarici siyasət idarəsinin bəyanatında, Rusiya və Ermənistan, Rusiya və Azərbaycan xarici siyasət idarələri başçılarının telefon danışıqları barədə KİV-lər üçün məlumatlarda, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında münaqişənin daha da genişlənməsinin qarşısının alınması üçün tərəflərə bütün zəruri tədbirlərin görülməsi və substantiv danışıqları mümkün qədər tezliklə bərpa etmək barədə çağırış öz əksini tapıb”.