“Naxçıvana təyyarə reyslərinin artırılması ilə bağlı yaxın zamanlarda qərar qəbul ediləcək”.
Nazirlər Kabineti yanında Operativ qərargahın birifinqində Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.
O bildirib ki, rayonlara açılış baş verəndə beynəlxalq uçular da müvafiq istiqamətlərdə bərpa ediləcək: “Biz hələ heç bir ölkə ilə sərhədlərimizi açmamışıq”.