https://525.az/img/pics/medium/2024-03/307360_7am8m7esoh.png "Zəfər abidəsi" ruhumuzun abidəsidir
https://525.az/img/pics/medium/2023-04/263333_b6bcw5udnj.jpg Kamil Vəli Nərimanoğlunun son arzuları - Əli Şamil yazır
https://525.az/img/pics/medium/2022-02/217791_39zaqiclvy.jpg Paris-Afina-Tbilisi-İrəvan marşrutu ilə Fransadan Ermənistana silah-sursat - Sosial şəbəkədə yazılanlar
https://525.az/img/pics/medium/2023-10/289144_y5l42v7hbi.jpg İrəvanda anadilli mətbuatımızın təməl daşı: 110 yaşlı "Ləklək"
search
19 Mart 2024
18 Mart 2024

“Qarabağ”ın oyununa kimlər buraxılır? - UEFA-nın tələbləri

“Qarabağ”ın oyununa kimlər buraxılır? - UEFA-nın tələbləri

Çempionlar Liqasının birinci təsnifat mərhələsinin “Qarabağ” – “Sileks” (Şimali Makedoniya) matçının hansı qaydalarla keçiriləcəyi bəlli olub.

Ağdam klubunun mətbuat Nurlan İbrahimov Qol.az saytına açıqlamasında bildirib ki, UEFA ÇL də daxil olmaqla 2020/21 mövsüm avrokuboklar üçün 70 səhifəlik təlimat hazırlayıb. Bu, COVİD-19 pandemiyası ilə əlaqədardır.

Təlimata əsasən,  “Qarabağ” – “Sileks” matçına 48 saat qalmış soyunub-geyinmə otaqlarında və ora yaxın məsafədə olacaq şəxslər koronavirus testindən keçməlidirlər. Həmin şəxslərin kateqoriyasına hər iki komandanın məşqçi heyəti və futbolçuları, müəyyənləşdirilmiş qaydada texniki işçilər, top və xərəkdaşıyanlar, təmizlik işçiləri, mühafizə və tibb işçiləri, yayımçı şirkətin 2 əməkdaşı daxildir.

Koronavirus aşkarlansa, qərar nə olacaq?

Əgər komandalardan hansısa birinin bir və ya daha artıq üzvündə koronavirus testi müsbət olarsa, bu halda UEFA hansı qərarı verəcək? N.İbrahimov bildirir ki, təlimata əsasən, koronavirusa yoluxan futbolçu(lar) dərhal təcrid olunacaqlar. Bir komandanın 13 futbolçusunun səhhətində hər hansı problem yoxdursa və meydana çıxa bilirsə, bu halda oyun baş tutacaq: “Say 13-dən az olacağı təqdirsə isə komandaya texniki məğlubiyyət veriləcək”.

Matç zamanı ehtiyat oyunçular arasında 2 metrlik sosial məsafə saxlanılacaq və onlar maskada olacaq. Baş məşqçi, hakimlər və meydan oyunçuları isə maska taxmayacaq.

Oyuna kimlər buraxılacaq?

Klub rəsmisinin sözlərinə görə, matç azarkeşlərsiz keçiriləcək. Amma oyuna klubun müəyyənləşdirdiyi sayda stüardlar (mühafizəçilər), məhdud sayda tibb və FHN işiçi, fotoqraflar və təbii ki, matçı işıqlandıracaq jurnalistlər buraxılacaq. Jurnalistlər də hökmən maska taxmalıdır. Onların oturacaqları arasında 2 metrlik sosial məsafə qoyulacaq.

Bundan başqa, görüşə hər iki klubun nümayəndələri, eləcə də oyuna təhkim olunmuş şəxslər (yerli federasiya nümayəndələri) buraxılacaqlar.

Qeyd edək ki, bənzər qaydalar Avropa Liqasında mübarizə aparacaq “Neftçi”, “Sumqayıt” və “Keşlə”nin də matçlarında tətbiq olunacaq.

Əlavə edək ki, “Qarabağ” – “Sileks” oyunu avqustun 18-i, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.