https://525.az/img/pics/medium/2024-04/310356_hm8wt1knq6.jpg "Gürcü arzusu"nun israrı
https://525.az/img/pics/medium/2024-04/310435_zkxmp9jitt.jpg “525-ci qəzet”in 18 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/310432_mzsmdysfa8.jpg Ruhumuz, düşüncəmiz və ədəbiyyatımızda Şuşa möcüzəsi
https://525.az/img/pics/medium/2024-04/310396_jz446ev36m.jpg Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti
search
18 Aprel 2024
17 Aprel 2024

"Qarabağ" "Fənərbaxça" və "Qalatasaray"ı geridə qoydu

"Qarabağ" "Fənərbaxça" və "Qalatasaray"ı geridə qoydu

2020/21 mövsümündə Çempionlar Liqasında mübarizəyə başlayan "Qarabağ"ın yeni UEFA reytinqi müəyyənləşib.

Qol.az xəbər verir ki, son 5 mövsümün nəticələrinə əsasən hazırlanan reytinqdə "Qarabağ" 20.000 xalla "Feyenoord" (İtaliya) və FKSB (Rumıniya) ilə birgə 64-66-ci pillələri bölüşdürür. Ağdam təmsilçisi reytinqdə "Fənərbaxça", "Qalatasaray" (hər ikisi Türkiyə), "Atletik", "Selta", "Real Sosyedad", "Espanyol", "Hetafe" (hamısı İspaniya), "Spartak (Rusiya), "Everton" (İngiltərə) kimi məşhur klubları geridə qoyub.

Siyahıda digər klublarımızdan "Qəbələ" 178-ci, "Neftçi" 221-ci, "Keşlə", "Səbail", "Zirə", "Kəpəz", həmçinin tarixində ilk dəfə bu mövsüm avrokubokda mübarizəyə qoşulacaq "Sumqayıt" isə 312-ci yerdə qərarlaşıblar.

Qeyd edək ki, 427 klubun yer aldığı siyahıya "Bavariya" başçılıq edir (109.000) "Barselona" 2-ci (106.000) "Real" 3-cüdür (105.000).

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.