https://525.az/img/pics/medium/2024-03/308179_uqkco4683w.jpg Beynəlxalq və milli səviyyədə qeyd edilən Elm Günü
https://525.az/img/pics/medium/2024-03/308184_qvwzs8uhve.jpg Sinan Səid
https://525.az/img/pics/medium/2024-03/308239_xq8r14gjca.jpg DTX - təhlükəsizliyimizin keşikçisi və qürur yerimiz 
https://525.az/img/pics/medium/2024-03/308180_5psm62z4op.jpg Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
search
28 Mart 2024

Azərbaycan internet məkanında birinci "Raund"

Azərbaycan internet məkanında birinci "Raund"

Azərbaycan internet məkanında "Raund" adlı veriliş yayıma başlayıb.
 
Azərbaycan Peşəkar Boks Federasiyasının dəstəyi ilə hazırlanan proqram Yutub internet platforması vasitəsi ilə yayımlanır.

Ölkəmizdə peşəkar boksa həsr olunmuş ilk və yeganə şou olan "Raund" layihəsi standart idman verilişi çərçivələrindən kənardadır.

Boks tariximizin əfsanələrinin iştirak etdiyi verilişdə peşəkar boks haqqında məlumatlar verilir, idmançılarımızın fərqli cəhətləri tamaşaçılara təqdim olunur. Eyni zamanda, həm maarifləndirici, həm də əyləncəvi funksiyaları öz üzərinə götürən layihə peşəkar komanda tərəfindən həyata keçirilir. Veriliş Zaur Mirzəzadənin təqdimatında yayımlanır. Artıq "Raund" verilişinin ilk buraxılışı internet istifadəçilərinin ixtiyarına verilib.

Yutub sosial platformasında Baku Fight Lab kanalında nümayiş olunan verilişin qonaqları Azərbaycanın müasir  idman tarixinin parlaq simaları, Azərbaycan Peşəkar Boks Federasiyasının vitse-prezidentləri, boks üzrə gənclər arasında ilk dünya çempionu Fərhad Acalov, Azərbaycan idmançılarını dünya arenasına çıxaran ilk və yeganə promouter Ziya Əliyev olublar.

Verilişdə Azərbaycanda peşəkar boksun yaranma və inkişaf tarixi, Azərbaycan boksunun dünya idman məkanına inteqrasiya məsələləri, mövcud problemlər, inkişaf perspektivləri müzakirə olunub.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.