https://525.az/img/pics/medium/2024-03/308277_bixbhlvc2s.jpg Jurnalistika - "tələsik yaradılan ədəbiyyat" - Gülay Tahirli yazır
https://525.az/img/pics/medium/2024-02/303253_0421emrqww.jpg Nəsillər arasındakı anlaşılmazlıq: təkrarlanan "çatlar"
https://525.az/img/pics/medium/2024-03/308269_0pagv71pno.jpg AMEA-da Elm Günü qeyd olunub
https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
search
29 Mart 2024

"Sevilya" 6-cı dəfə Avroliqanın qalibi oldu

"Sevilya" 6-cı dəfə Avroliqanın qalibi oldu

Bu gün Avropa Liqasında 2019-2020 mövsümünə yekun vurulub.

Qol.az xəbər verir ki, koronavirus pandemiyasına görə mart ayından dayandırılan və bu ay bərpa olunan turnirin final oyununda i “Sevilya” Milan “İnter”i ilə qarşılaşıb.  İspaniya klubu 3:2 hesabı ilə qalib gələrək rekord sayda - 6-cı dəfə bu turnirin qalibi olub.

Bu mövsüm yarışa "Qarabağ"ın da yer aldığı A qrupunda başlayan "Sevilya" 1/16 finalda ÇFR (Rumıniya), 1/8 finalda "Roma" (İtaliya), 1/4 finalda "Vulverhempton" (İngiltərə) və yarımfinalda "Mançester Yunayted"i (İngiltərə) mübarizədən kənarlaşdırıb.

Mübarizəyə Çempionlar Liqasından qoşulan "İnter" isə "Barselona" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya) və "Slaviya" (Praqa, Çexiya) ilə birlikdə mübarizə apardığı F qrupunu 3-cü pillədə tamamlayaraq Avropa Liqasına düşüb. Antonio Kontenin komandası 1/16 finalda "Ludoqorets" (Bolqarıstan), 1/8 finalda "Xetafe" (İspaniya), 1/4 finalda "Bayer" (Almaniya) və yarımfinalda Ukrayna "Şaxtyor"unu məğlub edib.


21 avqust

Avropa Liqası

Final

23:00. "Sevilya" (İspaniya) - "İnter" (İtaliya) - 3:2
Qollar:
Lukaku, 5-pen (0:1), De Yonq, 12 (1:1), De Yonq, 33 (2:1), Qodin, 36 (2:2), Dieqo Karlos, 74 (3:2)
Baş hakim: Denni Makkeli
Almaniya, Köln. "Reyn Energi" stadionu.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.