https://525.az/img/pics/medium/2023-12/296612_wcds461sdv.jpg Yerli "Dostoyevski"lərimiz
https://525.az/img/pics/medium/2024-04/311080_ol9pr75s8v.jpg “525-ci qəzet”in 24 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-02/302979_eyl9q05g7v.jpg Kəlbəcərə Zəfər qarı yağdı...
https://525.az/img/pics/medium/2024-04/311032_cdfea1wv7s.jpg Yerdə ulduz olmaq nəyimə lazım
search
23 Aprel 2024

“Mölde” “Qarabağ”la oyun üçün Bakıya gəlmək istəmir - Deputatlardan etiraz

“Mölde” “Qarabağ”la oyun üçün Bakıya gəlmək istəmir - Deputatlardan etiraz

Deputatlar Aqil Abbas və Fazil Mustafa “Mölde” klubunun “Qarabağ”la oyunu neytral meydanda keçirmək istəyinə etiraz ediblər.

Norveç təmsilçisi bildirir ki, əgər Bakıya gələrlərsə, bu halda ölkələrinə qayıdanda, 10 gün karantində qalmalıdırlar. Buna görə də onlar matçın Macarıstanda keçirilməsinə təklif edirlər ki, geri qayıdanda belə halla üzləşməsinlər. Lakin “Qarabağ” bununla razılaşmır.

Daha əvvəl Ağdam klubunun baş meneceri Asif Əsgərov bildirib ki, məsələ ilə bağlı son qərarı UEFA verəcək: “Bu qurum sonda nə desə, o da olacaq. Sadəcə, biz haqlarımızı tələb edirik. Onlardan açıqlama istəyirik ki, əgər UEFA-nın tərkibində olan 55 ölkə eyni hüquqludursa, Cəbəllütariq kimi 3-5 nəfərdən ibarət ölkə Almaniya, Polşa kimi böyük ölkələrlə eyni sayılırsa, yanaşmalar da eyni olmalıdır. Avstriya millisi Millətlər Liqasıın oyununa görə Norveçə karantinsiz girə bilirsə, Norveçin klubu da qayıdanda öz ölkəsinə gözüyumulu girməlidir. Normalda Azərbaycana da giriş qadağandır, amma rəqibləri xüsusi icazə ilə gətirmişik. Öz dövlətlərindən xahiş edə, daha sonra sübut edə bilərlər ki, test verdikləri üçün Norveçə girişlə bağlı problem olmamalıdır. UEFA təlimatlarında belə bir bənd var: Rəqib öz ölkəsinə qayıdanda problem yaşayırsa, o halda oyun neytral meydanda keçirilə bilər. "Molde" də bunun ucundan tutub, Bakıya gəlmək istəmir".

Deputat Aqil Abbas Qol.az saytına açıqlamasında Norveç təmsilçisinin bu istəyinin anlaşılmaz və UEFA qaydalarına uyğun olmadığını vurğulayıb: “Bu mövsüm, yəni ötən ay Azərbaycana 5 əcnəbi komanda gəlib. Onlardan ikisi “Qarabağ”, hərəyə biri isə “Neftçi”, “Sumqayıt” və “Keşlə” ilə burada oynayıblar. Məgər, “Mölde” həmin klublardan artıqdırmı? Bu məsələyə necə yanaşmadır? Dünya,  Avropa futbolu elədir ki, qurumlar nə qərar çıxarır, hamı ona tabe olmalıdır.  Karantinə, virus riskinə qalsa, hazırda Azərbaycan koronavirusa görə ən az itki verən, ən az yoluxma olan ölkələrdəndir. İkincisi, indi hansı ölkədə koronavirus yoxdur ki? Gedib, hansısa neytral zonada oynamaq istəyi həm bizim üçün şantajdır, həm də rəqibin bəhanəsi. Gəlməyəcəklərsə, dünya futbolunun qanunları var. Buna əsasən, onlara texniki məğlubiyyət verilməlidir. Bununla da məsələ həll olunur”.

Deputat Fazil Mustafanın fikrincə, “Mölde” Azərbaycana gəlmək istəmirsə, ona texniki məğlubiyyət verilməlidir: “Çünki UEFA-nın əvvəlcədən planlaşdırdığı standartlardan kənara çıxmaq doğru deyil. Ən azından matçın Bakıda keçirilməsinə şərait var. Neytral zona sayılan ölkələrdə də eyni koronavirus təhlükəsi mövcuddur. Yəni, necə ki, Bakıdan qayıdandan sonra karantində qalmalıdırlarsa, elə başqa ölkədən qayıdanda da eyni şey ola bilər. Bu, xüsusi bir səbəb deyil. “Qarabağ” da bununla bağlı UEFA-ya müraciət ünvanlamalıdır ki, rəqib komanda Bakıya gəlmirsə, onlara texniki məğlubiyyət verilsin. Əlbəttə ki, “Mölde”nin etdiyi bəhanədir. Belə vəziyyətdə hər iki komanda eyni vaxtda əziyyət çəkmiş olur. Elə Macarıstan üçün də problemdir. Karantin dövründə iki ölkədən futbolçu qəbul etmək o ölkənin də marağında deyil. Nəyinə lazımdır? Azarkeşlər yoxdur ki, deyək, vəsait yığılır. Hansısa bir problem olarsa, bunun məsuliyyətini kim  daşıyır? Təhlükəsizliyə təminat vermək məsələsində də problem olur. Amma bu, bizdə daha rahatdır. Məncə, bu məsələdə bəhanə keçərli deyil və texniki məğlubiyyət barədə düşünülməlidir”.

Xatırladaq ki, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ” – “Mölde” görüşü sentyabrın 16-sı Bakıda keçirilməlidir.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.