"Ermənistan tərəfinin Tərtərə hücumları ilə əlaqədar Müdafiə Nazirliyi qarşı tərəfə xəbərdarlıq edib. Tərəfimizdən lazımi addımlar atılacaq”.
APA-nın məlumatına görə, bunu Müdafiə Nazirliyinin keçirdiyi brifinqdə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
O bildirib ki, bu gün hərbi attaşelərə düşmənin itkiləri, təxribatları və dezinformasiyası barədə ətraflı məlumat verilib.