Bu barədə 525.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, bir neçə dəqiqə bundan əvvəl Ermənistan silahlı qüvvələrinin artilleriya bölmələri Goranboy rayonunun Aşağı Ağcakənd kəndini atəşə tutmağa başlayıb.
Bölmələrimiz düşmənə qarşı adekvat cavab tədbirləri görür.