https://525.az/img/pics/medium/2023-12/297354_8fkpzc5rao.jpg Şeytana qarşı - Əlisəfdər Hüseynov (I yazı)
https://525.az/img/pics/medium/2024-03/308277_bixbhlvc2s.jpg Jurnalistika - "tələsik yaradılan ədəbiyyat" - Gülay Tahirli yazır
https://525.az/img/pics/medium/2024-02/303253_0421emrqww.jpg Nəsillər arasındakı anlaşılmazlıq: təkrarlanan "çatlar"
https://525.az/img/pics/medium/2024-03/308269_0pagv71pno.jpg AMEA-da Elm Günü qeyd olunub
search
29 Mart 2024

Fərhad Bədəlbəyli: "Şuşanın işğaldan azad edilməsini səbirsizliklə gözləyirəm"

Fərhad Bədəlbəyli: "Şuşanın işğaldan azad edilməsini səbirsizliklə gözləyirəm"

Ermənistan ordusunun qədim Gəncə şəhərində dinc sakinləri ağır artilleriya qurğularından atəşə tutaraq qətlə yetirmələri terrordur.

AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli deyib.

O bildirib ki, erməni faşizmi davam edir: “Mən Xerosimada olmuşam. Bu faciə oradakı vəhşiliyin təkrarıdır”.

İşğal altında olan torpaqlarımızın azad ediləcəyinə inandığını bildirən Fərhad Bədəlbəyli deyib: “Azərbaycan ordusu uğurla irəliləyir. İnşallah bütün işğal altındakı torpaqlarımız azad olunacaq. Ordumuz hər bir kəndi azad edəndə sevinirik. Hər bir şəhər, balaca kənd bizim üçün müqəddəsdir, amma Şuşanın yeri başqadır. Mən səbirsizliklə gözləyirəm ki, Ali Baş Komandan Şuşanın da azad olunmasını elan edəcək və biz hamımız Şuşaya gedəcəyik”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.