Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 792 yeni yoluxma faktı qeydə alınıb, 220 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 49.013 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 41.051 nəfər müalicə olunaraq sağalıb, 664 nəfər vəfat edib. Aktiv xəstə sayı 7298 nəfərdir.
Ötən müddət ərzində 1.281.997 test aparılıb. Bugünkü test sayı isə 11.353-dir.