Türkiyənin məşhur “Türkvizyon” musiqi yarışması gələn il Şuşada keçiriləcək.
525.az xəbər verir ki, bununla bağlı TMB yayım şirkəti məlumat yayıb və bildirib ki, 2021-ci ildə keçirilməsi nəzərdə tutulan yarışma Şuşa şəhərində keçiriləcək.
Xatırladaq ki, yarışman ilk dəfə 2013-cü ildə təşkil edilib. Həmin il iştirakçılar arasında ilk qalib azərbaycanlı Fərid Həsənov seçilib.