Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi görüşüblər.
525.az-ın xəbərinə görə, bu barədə İranın Azərbaycandakı səfiri “Twitter”də bildirib.
“İkitərəfli əlaqələrimiz, eyni zamanda Azərbaycanla münasibətlərimiz və Dağlıq Qarabağla bağlı son vəziyyət barədə fikir mübadiləsi apardıq”, - deyə iranlı diplomat qeyd edib.