Martın 3-nə keçən gecə Rusiyanın qırıcı təyyarələri Ukraynanın Qara dəniz üzərindəki hava sərhədini iki dəfə pozublar.
Lent.az-ın Ukraynanın Müdafiə Nazirliyinə istinadən məlumatına görə, hava pozucularının üzərinə qırıcı-ələ keçirici “Su-27” təyyarəsi göndərilib.
“Ekipaj təxribatın qarşısını almaq üçün peşəkar hazırlıq və mənəvi-psixoloji dözümlülük nümayiş etdirib” deyə rəsmi açıqlamada bildirilir. Rusiya təyyarələrinin sayı açıqlanmır. Ukrayna qoşunlarının hazırda tam döyüş hazırlığında olduğu da vurğulanıb. Onları buna Rusiya Federasiya Şurasının martın 1-də ölkə prezidenti Vladimir Putinə Ukrayna ərazisinə qoşun yeritmək icazəsi vadar edib.