|
|
|
|
Azərbaycanda dəhşətli qətl törədilib.
525.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 3-də Qəbələ rayonunun Kürd kəndində Gündüz Ələsgərov yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində azyaşlı qızı Mədinəni balışla boğaraq öldürüb.
Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində G. Ələsgərov tutulub.