Göyçay şəhərində ər-arvadı qanına qəltan edən şəxslər yaxalanıb.
525.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ağasəf Quliyev və arvadı Afaq Quliyevanın qətlində şübhəli bilinən iki nəfər müəyyən edilib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə onların rayon sakinləri Musa Əhmədov və Nicat Mustafayev tərəfindən qarət məqsədi ilə qətlə yetirilmələri aşkarlanıb. Evdən götürülmüş pul və digər əşyalar N.Mustafayevin evində aşkar edilərək götürülüb.
Qətldə şübhəli bilinən M.Əhmədov və N.Mustafayev tutulublar.