|
|
|
|
Azərbaycan, Gürcüstan və Türkiyə arasında elektrik enerjisinin paralel ötürülməsini tutan enerji körpüsü layihəsi artıq bu il ərzində işə salınacaq.
«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında «Azərenerji» ASC-nin sədri Etibar Pirverdiyev bildirib.
Onun sözlərinə görə, Mingəçevir şəhərindən Gürcüstan sərhədinədək və Gürcüstanda elektrik ötürücü xətlər artıq tam hazır vəziyyətə gətirilib: «Hazırda Gürcüstan-Türkiyə sərhədində işlər aparılır. Fikrimcə, yaxın vaxtlarda bu xətt işə salınacaq».
E.Pirverdiyev Azərbaycanda elektrik enerjisinin qiymətinin artması məsələsinə də münasibət bildirib. O qeyd edib ki, «Azərenerji» tərəfindən bününla bağlı Tarif Şurasına təklif təqdim olunmayıb.