Martın 5-də özünü metro qatarının altına atan şəxs BDU-nun tələbəsi olduğu məlum olub.
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan APA-ya verilən məlumata görə, ötən günü özünü “Ulduz” metro stansiyasında qatarın altına atan şəxs Bakı Dövlət Universitetinin birinci kurs tələbəsi, 1996-cı il təvəllüdlü Dövran Həsənovdur.
Hazırda D. Həsənov reanimasiya şöbəsində müalicə alır, vəziyyəti ağır qiymətləndirilir.
Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125.1-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, hadisə ötən gün metronun “Ulduz” stansiyasında qeydə alınıb.
İlkin məlumatda bildirilirdi ki, 20-25 yaşlı oğlan özünü qatarın altına atıb. Hadisə yerində olan sərnişinlərin köməkliyi ilə təcilli tibbi yardım stansiyasının həkimlərinə təhvil verilən yaralı xəstəxanaya aparılıb.
Onun sağ qolu amputasiya olunub.
Bakı Metropolitenindən APA-ya bildirilib ki, “Ulduz” stansiyasında bir nəfərin özünü “Nərimanov” stansiyasından gələn qatarın altına atması səbəbindən elektrik cərəyanı ayrılıb, qatarların fəaliyyətində fasilə yaranıb.