|
|
|
|
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç infarkt keçirib.
APA-nın xəbərinə görə, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
“Moskovskiy komsolets” qəzetinin yazdığına görə, hazırda Yanukoviç Moskva xəstəxanalarının birindədir. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Lakin rəsmi məlumat hələlik verilmir.