“Tvitter”in qurucusu və CEO-su Jack Dorsey, sosial şəbəkədə türkiyəli aktrisa Fadik Sevin Atasoyun təqibçisinə çevrilib.
525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Dorsey “tvitter”də izlədiyi şəxslər arasına Atasoyun da adını əlavə edib.
Aktrisa prezident Abdullah Gülün də səhifəsini izləyən Dorseyin marağını çəkdiyi üçün sevincli olduğunu bildirib:
“Çox təəccübləndim. Jack Dorsey kimi dahi birinin marağını çəkmək və izlədiyi şəxslər arasında prezident Abdullah Güllə birlikdə adımın yer alması məni sevindirdi".