|
|
|
|
İraq ABŞ-dan daha 18 ədəd F-16 döyüş təyyarəsi alacaq.
525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ümumilikdə İraq ABŞ-dan 36 ədəd döyüş təyyarəsi alacaq. Qeyd edək ki, iki ölkə arasında ilk belə müqavilə bu ilin sentyabrında imzalanıb. Bu müqaviləyə əsasən İraqın ABŞ-dan 3 milyard dollar məbləğində alacağı 18 təyyarə 2014-cü ilin 24 sentyabr tarixinə qədər bu ölkəyə təhvil veriləcək.
İraqın Müdafiə naziri Sadun Əl-Duli-Ami ikinci müqavilənin birincidən fərqli olmadığını deyərək ABŞ tərəfindən onlara təyyarələrin təhvil veriləcək son tarixin 2018-ci ilə təsadüf etdiyini deyib. Xatırladaq ki, İraq bu ay hava məkanını qorumaq və müdafiə gücünü qüvvətləndirmək üçün Rusiya və Çexia hökuməti ilə də hərbi sazişlər bağlayıb.
Nigar Məhərrəm