|
|
|
|
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə məşhur dramaturq və şair Hüseyn Cavidin 130 illik yubleyi təntənəli şəkildə qeyd olunacaq.
525.az-ın məlumatına görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin "Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında" 16 fevral 2012-ci il tarixli sərəncamına uyğun olaraq dramaturqun yubleyi oktyabrın 24-də Azərbaycan Dövlət Akademik Milli Dram teatrında təşkil olunacaq.
Qeyd edək ki, tədbirdə tanınmış elm və mədəniyyət xadimlərinin iştirakı da nəzərdə tutulub.
Nigar Məhərrəm