ABŞ Prezidenti Barak Obama XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 sərgisinin iştirakçılarına təbrik məktubu ünvanlayıb.
525.az-ın məlumata görə, təbrik məktubunda Azərbaycanın dünyanın enerji resursları ilə təchizatının təmin edilməsində mühüm rol oynadığını vurğulayan B. Obama Azərbaycanın yaxın 2 ildə bu sahədə Avropanın böyük təchizatçısı olacağını qeyd edib. Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinin Azərbaycanla beynəlxalq tərəfdaşlar arasında gərgin iş və sıx əməkdaşlıq tələb etdiyini bildirən ABŞ prezidenti qeyd edib ki, ABŞ bu layihənin həyata keçirilməsinə Avropaya qaz ixracının genişləndirilməsi yolunda vacib addım kimi baxır və kömək etməyə hazırdır.
ABŞ prezidenti vurğulayıb ki, enerji resurslarının təchizatçısı kimi Azərbaycanın rolu iqtisadiyyatın diversfikasiyasına yardım edəcək, qanunun aliliyini möhkəmləndirməyə icazə verəcək, eləcə də ölkə xalqının həyat səviyyəsinin yüksəlməsinə imkan yaradacaq.
O, ABŞ-ın bu sahələrdə Azərbaycanla əməkdaşlığı qiymətləndirdiyini bildirib.
Qeyd edək ki, məktubu Bakıda keçirilən XXI Beynəlxalq “Xəzər neft, qaz, neftayırma və neft kimyası” sərgisi və konfransının açılış mərasimində ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar oxuyub.