|
|
|
|
Ukrayna hökuməti Rusiya ilə sərhədi qismən bağlamağı qərara alıb.
APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, Nazirlər Kabinetinin məlumatında bildirilir ki, Rusiya ilə həmsərhəd olan Donetsk və Luqansk vilayətləri ərazisində yerləşən bir neçə nəzarət-buraxılış məntəqəsinin fəaliyyəti dayandırılacaq.
Qərar ictimai təhlükəsizlik və bəzi ərazilərdə əhalinin həyatı üçün təhlükə yaradan hadisələrin qarşısını almaq məqsədi ilə verilib.
Qeyd edək ki, Luqansk vilayətində 7, Donetsk vilayətində isə 1 nəzarət-buraxılış məntəqəsinin bağlanmasına qərar verilib.