Ermənistan-Azərbaycan sərhədində gərginlik artmaqdadır. Artıq bu barədə müdafiə naziri ilə söhbət etmişəm və o, vəziyyətin detalları barədə mənə məlumat verib.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri jurnalistlərə açıqlamasında Ermənistanın baş naziri Ovik Abramyan deyib.
“Ermənistan-Azərbaycan sərhədində atəş səsləri eşidilir. Durum nəzarət altındadır. Müdafiə naziri ilə danışmışam. O, gərginliyin olduğunu təsdiqləyib”, - deyə O.Abramyan vurğulayıb.