Ötən gün axşam saatlarında Azad Suriya Ordusu ilə hökumət qüvvələri arasında münaqişə nəticəsində ölən və yaralananlar olub.
525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Suriyanın hökumət qüvvələri tərəfindən qeyri yaşayış ərazilərində 21-i uşaq, 18-i qadın olmaqla 156 nəfərin öldürülməsi haqda məlumat verilib.
Suriya İnsan Haqları Təşkilatı verdiyi açıqlamada 72 nəfərin öldürüldüyünü, çox saylı adamın yaralandığını deyib. Suriyanın rəsmi xəbər agentlikləri ötən gün axşam saatlarında hökumət qüvvələri tərəfindən münaqişənin davam etdirilməsi və partlayışların olması haqda xəbər verib. Bayram öncəsi Bəşər Əsəd müxalifətə barış mesajları yollasa da, hökumət qüvvələri ilə Azad Suriya Ordusu arasında münaqişələr davam edir.
Nigar Məhərrəm