|
|
|
|
Rusiyanın Yekaterinburq şəhərində qarğalar parlament üzvlərinin avtomobillərini daşa basıb.
525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Rusiyada parlament üzvlərinin avtomobilləri qarğalar tərəfindən daş atəşinə tutulub. Rusiyanın Yekaterinburq şəhərində baş verən olay nəticəsində ən azı 3 avtomobilin şüşəsi qırılıb, digərlərinə isə yüngülvari zərər dəyib.
Qarğaların saatlarla davam edən hücumuna münasibət bildirən bəzi media nümayəndələri bunun “müxalifətçi qarğalar” tərəfindən törədilməsini deyərək baş verənləri zarafata çeviriblər.
Nigar Məhərrəm