Sağlam İmkanları Məhdud Uşaqlar Üçün 3 saylı Xüsusi İnternat Məktəbində Qurban bayramı münasibəti ilə bayram tədbiri təşkil olunub.
525.az-ın verdiyi məlumata görə, bayram tədbiri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı və kino-aktyoru fakültəsinin II kurs tələbələri Ayaz Məmmədov və Elməddin Məmmədovun təşəbbüsü ilə təşkil olunub.
Mərasimdə uşaqlar üçün ziyafət verilib, onlara məktəb ləvazimatları, oyuncaqlar , geyimlər paylanılıb.