İtalyan dili Azərbaycanın bəzi təhsil müəssisələrində ikinci xarici dil kimi tədris oluna bilər.
525.az-ın məlumatına görə, bunu jurnalistlərə acıqlamasında təhsil naziri Misir Mərdanov deyib.
Nazir bildirib ki, italyan dilinin Azərbaycanda ikinci dil kimi tədris olunması üçün ilk növbədə kadr olmalıdır:
“Bu fikri hələ ötən il irəli sürmüşdüm, ancaq nədənsə buna ciddi yanaşılmadı. Hesab edirəm ki, italyan dilini ikinci xarici dil kimi məktəblərdə tədris etmək yaxşı olar”.