Fələstinin keçmiş prezidenti Yasir Ərəfatın Ramallahdakı məzarı noyabrın 24-də açıqlacaq.
525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Qüdsdəki yüksək çinli bir mənbə məzarın Fransadan gələn bir heyət tərəfindən fələstinlilərlə birlikdə açıqlacağını bildirib. Mənbə hər hansı başqa beynəlxalq təşkilatdan gələcək bu istiqamətdəki tələblərə isə mənfi cavab veriləcəyini söyləyib.
Ərafatın nəşi Ramallah Xəstəxanasına aparılacaq və məhkəmə tibb ekspertizası üçün nümunələr götürüldükdən sonra iki gün içində yenidən Prezident Sarayının içindəki məzarına dəfn ediləcək.