Türkiyədə “Ergenokon” işi ilə bağlı həbs olunmuş podpolkovnik Mustafa Dönməzin oğlunu Bakıda avtomobillə vuraraq hadisə yerindən qaçmış sürücü saxlanılıb.
525.az-ın Daxili İşlər Nazirliyinin saytına istindən verdiyi məlumata görə, Bakı Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 4-də Türkiyə vətəndaşı Alpkaan Dönməzin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş Hafiz Vəliyev tutulub.
Hazırda faktla bağlı araşdırma aparılır.