Dünyanın ən qədim kurqanlarından biri Misirdə yerləşir.
525.az-ın məlumatına görə, qədim Misir şahzadələrindən birinə məxsus qəbir tapılıb.
İngiltərənin “Daily mail” qəzetində dərc olunan xəbərdə Misirin paytaxtı Qahirə yaxınlığında tapılan antik məzarda şahzadəyə aid müxtəlif nümunələr əldə edilib. 4500 yaşı olan məzarın daşı üzərində “kralın öz qanından olan və qüdrətli Tanrıya itaət edən qızı” ifadəsi yazılıb.
Misirin Arxologiya Mərkəzi də araşdırmaların nəticəsində həmin kurqandan kiçik ölçülü müxtəlif heykəllər, qapı və onun müxtəlif naxışlı dəstəklərini aşkarlayıb.
Nigar Məhərrəm