Müəllif Ramiz Məmmədzadədir. Onu 50 ildir tanıyıram. Keçən əsrin 60-cı illərinin əvvəllərində Abşeron Rayon Partiya Komitəsinin birinci katibi işlədiyim zaman komsomol, sonra da partiya işinə götürdüm, daha sonra o dövrün ən müqtədir təşkilatı olan Mərkəzi Komitəyə qədər gedib çıxdı. Çox da böyük vəzifədə olmasa da, tanınıb seçilirdi. Səmimiyyətinə, qayğıkeşliyinə görə çoxsaylı dostlar qazandığının da şahidiyəm. 50 illik müşahidələrimə rəğmən deyə bilərəm ki, olduğu kimi görünən, göründüyü kimi olan adamlardandır. Özü demişkən bir az narahat, bir az da nahamvar adamdır (“Özümə oxşayır yazdığım şeir”).Onunla ünsiyyətdə olanda da, şeirlərini oxuyanda da nəzərə çarpan daha çox elə bu narahatlığı və nahamvarlığıdır. Düşündüklərini olduğu kimi bədii boyalarla çatdıra bilir. Xüsusilə dostlarına və tanıdığı adamlara həsr etdiyi şeirlərdə onun narahatlığı və qayğıları daha çox hiss olunur.
Gedər-gəlməz oldu “ata” kəlməsi,
Bizim evdən qaçaq oldu “ata” kəlməsi,
Kişi sözü eşidəndə gözüm dörd oldu”.
sərçə balası...
Bir ümidə sığınmışdıq – anam qalası”.
Üç otağı bir elədik, qatdıq birinə,
Dörd balaydıq, dörd köz idik,
odduq birinə,
Sındırmadı vüqarını anam mərd oldu,
O xalçalar, o gəbələr mənə dərd oldu”.
“Canım Qarabağın zirvəsiyəm mən,
Nisgilli dağların zil səsiyəm mən,
Yurda sədaqətin zirvəsiyəm mən”
“Bəxt məni aldatdı ki,
Xəyallarım batdı ki,
Əlim hara çatdı ki,
Nə ağlarsan əlim heyy”
deyən şair, böyük ülvi məhəbbətin rəmzi olan Rəsul Rza və Nigar Rəfibəylinin ömrün çox dəhşətli rüzgarı ilə biri-birinin həsrətilə dünyalarını dəyişməsini yada salır. O zaman bu iki böyük sənətkarın faciəsinin ümumxalq faciəsinə çevrilməsi yaxşı yadımdadır. Şair bu nisgili kövrək duyğularla vəsf edir:
gəlmişdin bu həyata
Çiçəkləri qoyub nigaran
ölmək istəməzdin.
Gözü-gözündə
Sözü-sözündə
Qolu qolunda Nigarım”
Qarası çəkildi üzü ağardı,
Söz dedim, dilimin sözü ağardı,
Sözsüz səhralarda bir dayan sözüm”
Duyğuları şehə döndü
Səpildi
Ömrünün yarpaqlarına-
Büllur bulaqlarına.
Qəribə, baməzə ovqatı vardı,
Gülüşündən Günəş doğardı,
Əmənoğlu Cabbarın”
“İşıqfor dirəyinin kölgəsinə bürünüb,
Keçib gedən maşınlara
Əlini açan gördüm ”
Dəmiri ovulmuş
Əmənoğlu Cabbar”