9 noyabr Milli Bayraq günü ilə əlaqədar “525-ci qəzet”in həftə sonu buraxılışı sabah işıq üzü görəcək.
Sabahkı qəzetdə oxuya bilərsiniz:
- Yazıçı Anarın Orxan Pamuk haqqında “Orxan Pamukun şəhəri və dünyası” yazısı;
- Pərvinin dünyaşöhrətli Polşa rejissoru, dramaturqu Kşiştof Zanussi ilə müsahibəsi;
- “Dolu” filmində Drakon obrazını canlandırmış Rza Rzayevin yazıçı-publisist İradə Tuncay haqqında “İRADƏ” yazısı;
- “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin qəzetin 20 illik yubileyi ilə bağlı müsahibəsi;
- İlqar Rüstəmovun millət vəkili, yazıçı Hüseynbala Mirələmov haqqında “Narahat yazıçı haqqında düşüncələr” məqaləsi:
- Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, keçmiş xarici işlər naziri Vilayət Quliyev haqda Teymur Kərimlinin “Diplomat düşüncəli ədəbiyyat adamı” adlı yazısı;
- Professor Qəzənfər Paşayevin “Yazıçı və publisist Pərvinə məktub”u;
- və s.