https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-04/310474_5r5gk77yic.jpg Zəngəzur xatirələri və ya Naxçıvanda qorunan dəyərli irs
https://525.az/img/pics/medium/2024-01/298567_otkmfryng1.jpg Durnalı dəftərlər panteonu
https://525.az/img/pics/medium/2023-05/270325_t1f5o7k6ww.jpg Dərketmənin əzabından xilas yolları - Şəfa Vəli yazır
search
18 Aprel 2024

Branimir Subaşiç: “ Qoy, uduzaq, amma layiqli oynayaq”

Branimir Subaşiç: “ Qoy, uduzaq, amma layiqli oynayaq”

Azərbaycan millisinin hücumçusu Branimir Subaşiç DÇ-2014-ün seçmə qrup mərhələsi çərçivəsində sentyabrın 11-də Portuqaliyaya qarşı keçirəcəyimiz oyunla bağlı Qol.Az-a müsahibə verib.

- Öncə İsraillə oyuna bir daha qayıtsaq pis olmaz...

- İsrailə qarşı çox emosional oynadıq və oyunumuz heç də pis alınmadı. Deməzim ki, super oynadıq. Çünki bundan da yaxşı oynaya bilərik. Hələ ki, uşaqların gücü buna çatır və bunu da ortaya qoyurlar. Əsas odur ki, 90 dəqiqə sona qədər mübarizə apardıq. Buna görə, uşaqlara “afərin” deyərdim. Uda da bilərdik, uduza da. Reallıqla baxsaq, İsrail reytinq sıralamasında bizdən üstündür. Bu mənada heç-heçəni pis nəticə saymazdım. Ancaq öz meydançamızda oynadığımız oyunları daha yaxşı oynamalıyıq.

- Artıq bizi Portuqaliya ilə ağır oyun gözləyir. Bu oyun haqda nə deyə bilərsən?

- Portuqaliya artıq tamam fərqli rəqibdi. Onlarla oyunlarımız heç vaxt asan olmayıb və bu dəfə də belə olacaq. Ancaq bizim özümüzdən də çox şey aslıdır. İlk növbədə öz oyunumuzu oynamalıyıq. Qoy, uduzaq, amma layiqli oynayaq. O zaman heç kim bizi ittiham etməyəcək.

- İsraillə oyunda əvəzlənən Rauf Əliyevin buna aqressiv reaksiya verməsini və ehtiyat oyunçular skamyasındakı reklam tavanını sındırmasını necə qiymətləndirərdin?

- Rauf haqda heç nə demək istəməzdim. O, həm yaxşı oğlandı, həm də yaxşı futbolçu. Ola bilsin həmin anda emisional olub. Heç kim erkən əvəzlənməni qəbul etmir. Rauf da görünür meydançada daha çox qalmağı və özünü sübut etməyi istəyirdi. Ancaq baş məşqçi onu dəyişdi. Heç kimi müzakirə etmək lazım deyil. Rauf gəncdir və hər şey irəlidədir.

- Portuqaliya millisinin əsas müdafiəçilərindən olan Pepe Lüksemburqla oyunda ciddi zədə alıb və böyük ehtimalla bizimlə oyunu buraxacaq. Bir hücumçu olaraq rəqibin əsas müdafiəçisinin yoxluğunu sənin üçün yaxşı xəbər saymaq olar?

- Pepe haqqında nə isə deməyə ehtiyac yoxdur. Bu futbolçu “Real”da oynayır və bunun özü artıq hər şeyi deyir. O ki, qaldı suala, Portuqaliya millisində kifayət qədər futbolçu var ki, Pepeni layiqincə əvəz edəcək gücə malikdilər. Bu mənada onun yoxluğu o qədər də hiss olunmayacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.