Bakıda daha bir yol avtonəqliyyat vasitələrinin hərəkəti üçün bağlanılıb.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, Nobel prospektindən şəhər istiqamətində M.Mirzəyev küçəsi ilə S.Əhmədov küçəsinin kəsişməsində zolaqların rənglənməsi ilə əlaqədar iki zolaq müvəqqəti olaraq bağlıdır.
Bundan başqa təmir işlərinin aparılması ilə əlaqədar olaraq Füzuli meydanından Rəsul Rza küçəsinə qədər olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.