“525-ci qəzet”in 11 may sayında nələr var? - ANONS
Ön sıraya çıxdıq, Ustad!
QOŞA HEYKƏL
Gözləmirdi əvəz yaxşılığından - Nəcməddin Mürvətovdan poetik nümunələr
Haqqımızda
|
Əlaqə
|
Mobil versiya
|
Köhnə 525
|
Əsas səhifə
Bütün xəbərlər
Siyasət
Sosial
İqtisadiyyat
COP29
Mədəniyyət
İdman
Dünya
Qarabağ
Ədəbiyyat
Digər
Şəhidlər-qazilər
"525" - 30
Ədəbi köşk: Nə var, nə yox?
Müsahibə
Region
Rəsmi
Şou-biznes
525-ci qəzetə yubiley təbrikləri
"525" - 25
Faydalı
Media
Turizm
Maraqlı
Təhsil
Texnologiya
Son xəbərlər
11 May 2024
16:28
Rusiyanın Baş nazirinin 10 müavini olacaq
16:25
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər -
YENİLƏNİB 2
16:15
Güclü külək əsəcək, çaylardan sel keçəcək
16:07
Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrinin maliyyələşdirilməsinə lizinq mexanizmi tətbiqi edilə bilər
16:00
“Real” - “Bavariya” oyunundakı qərarı Martsinyaka baha başa gəldi
15:56
Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
15:46
Fransadakı AES-in inzibati binasında baş verən yanğın söndürülüb
15:40
"Napoli" Xviçanın maaşını 6 dəfə artırır
15:34
Donetsk və Luqanska raket zərbələri endirilib, 9 nəfər ölüb
15:28
Heydər Əliyev Fondu qısa vaxt ərzində əldə etdiyi nailiyyətlərə görə təbrikəlayiqdir
15:24
Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubileyi TÜRKSOY-un baş ofisində qeyd olunub
15:20
"Fəxr edirik ki, Prezident İlham Əliyev bizim planlarımızı dəstəkləyir" -
ICESCO-nun Baş direktoru
15:15
Şuşanın bütünlüklə Qafqazda musiqi paytaxtı olması təəccüblü deyil
15:09
"Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq" -
Azərbaycan lideri
15:07
"Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir"
Prezident
15:01
Hərbi vəzifəlilərin təlim toplanışında növbəti tapşırıqlar icra edilir
15:00
"Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir" -
İlham Əıiyev
14:57
"Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir" -
Prezident
14:50
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
14:44
Voleybolçu qızlar arasında “Heydər Əliyev kuboku” keçirildi
14:41
ABŞ Konqresinin 29 üzvü “xarici agentlər” qanununu geri çəkmək üçün Kobaxidzeyə açıq məktub ünvanlayıb
14:35
“Neftçi"yə gəldiyim gündən indiyədək oyunumda inkişaf var” -
Moreno
14:31
Rusiya Xarkov vilayətinin bir neçə yaşayış məntəqəsini ələ keçirib
14:27
Mariya Stadnik üçün Paris-2024-ə son şans
14:22
ABŞ Dövlət katibinin köməkçisi Gürcüstana gələcək
14:15
“Qarabağ”da ciddi itkilər var
14:10
Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək
14:05
Azərbaycan və Ermənistan XİN başçıları açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar
14:00
Zakir Həsənov: "Hərbi Hava Qüvvələrinin fəaliyyəti hər zaman yüksək qiymətləndirilib"
13:57
Rusiya sərhədçiləri Ermənistan ərazisindən çıxır:
Peskov yalan danışır?
13:53
Sabah hava necə olacaq?
13:45
Bakı-Qəbələ-Bakı qatarları istirahət günləri hər iki istiqamətdə hərəkət edəcək
13:39
Probasiya nəzarətində olan daha 33 nəfərə sosial-psixoloji yardım xidməti göstəriləcək
13:31
“Dezinformasiyaya qarşı mübarizə vasitələri” mövzusunda tədbirlər keçiriləcək
13:24
Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
13:18
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında seminar təşkil olunub
13:10
Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13 faiz artıb
13:02
Azərbaycanda enerjidoldurma məntəqələrində onlayn ödənişlər üçün proqram təminatı yaradılacaq
12:56
Özbəkistan ali məktəblərində Ulu Öndərə həsr olunan mühazirələr oxunub
12:47
“Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda silsilə tədbirlər keçirilir
12:39
Qızıl və gümüş bahalaşıb
12:25
Ermənistanda kütləvi itaətsizlik aksiyaları başlayıb -
polis yolu bağlayan etirazçıları saxlayıb
12:11
FHN: Ötən sutka 15 yanğına çıxış olub
12:04
AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək
12:00
Prezident İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11:57
Azərbaycan nefti ucuzlaşıb
11:46
Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb
11:38
Qərbi Azərbaycan İcmasında Böyük Qarakilsə rayonu icmasının iclası keçirilib
11:24
Abşeronda qanunsuz tikintinin qarşısı alınıb
11:10
DİN və ANAMA mina təhlükəsi ilə bağlı müraciət edib -
VİDEO
11:02
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
10:55
Nyu-York birjasında təbii qaz ucuzlaşıb
10:49
Əli Əsədov Rusiyanın Baş nazirini təbrik edib
10:41
Azad olunan bölgələrdə aşkarlanan silah-sursatların sayı açıqlanıb
10:33
Rayonlara yağış yağıb -
FAKTİKİ HAVA
10:28
Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb
10:16
"Tovuzda evlənmək məqsədilə qaçırılan məktəbli ailəsinə təhvil verilib" -
Dövlət Komitəsi
10:02
Karabük Universitetində Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş konsert təşkil edilib
09:54
Şamaxıda avtomobil yanıb
09:45
Yasamalda oğurlanan maşını satmaq istəyənlər saxlanılıb
09:37
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
09:29
Yerdə güclü maqnit qasırğası baş verib
09:21
Vaşinqtonda Ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
09:13
Saatlıda marixuana təsiri altında taksi sürən şəxs saxlanılıb
09:00
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
10 May 2024
23:44
Pentaqon bütün ABŞ hərbçilərini Nigerdən çıxarır
23:32
"Neftçi" "Kəpəz"i darmadağın etdi
23:26
Bolqarıstanda “Lukoyl”un ehtiyatlarının inventarlaşdırılmasına başlanılıb
23:17
Çexiyalı fermerlər mayın 22-də Praqada etiraz aksiyası keçirəcək
23:00
Baykal-Amur magistralının fəxri sərnişini Heydər Əliyevə həsr olunur
Son xəbərlərin davamı »
Gəzinti-
"Həyat lövhələri"
Yazar
Oxunub:
3340
dəfə
a
-
A
+
14.11.12 15:18
Xəlil Məcidoğlu
E
-
mail
:
khalil
_
majid
@
mail
.
ru
Dayımgildə
idim
.
Telefon
zəng
çaldı
.
Zəng
edən
Bakı
Nəqliyyat
prokuroru
Elmar
Qarayev
idi
.
Dayımı
bulvara
gəzintiyə
dəvət
edirdi
(
onlar
dənizkənarı
parkda
gəzməyi
çox
xoşlayırdılar
).
Dayım
:
–
İstəyirsən
sən
də
bizimlə
ol
–
fikrimi
soruşdu
.
–
Məmnuniyyətlə
–
dedim
.
Bir
neçə
dəfə
bulvarı
o
baş
,
bu
başa
gəzdik
.
–
İstəyirsiniz
dəniz
vağzalında
(
dəniz
vağzalı
yenicə
açılmışdı
)
kofe
içək
–
Elmar
Qarayev
təklif
etdi
.
Razılaşdıq
.
Vağzala
çatanda
,
vağzalın
restoranından
gələn
bağırtı
,
çığırtı
,
hay
-
küy
diqqətimizi
çəkdi
.
Restoranda
vur
-
çatlasın
idi
.
–
Gəlin
,
görək
bu
nə
həngamədir
–
prokuror
dilləndi
.
Restorana
girmək
istəyəndə
,
qapıçı
bizi
saxladı
:
–
Restoran
bu
gün
kənar
şəxslər
üçün
işləmir
–
dedi
.
Mötəbər
bir
şəxsin
oğlunun
ad
gününü
qeyd
edirlər
–
əlavə
etdi
.
–
Belə
ad
günü
olar
,
bura
ki
,
bardaqdır
–
prokuror
qapıçının
sözünü
kəsdi
.
–
Restoranın
direktoru
bu
hay
-
küyü
eşitmir
,
o
,
harda
oturur
?
–
Odey
,
restoranın
direktoru
o
qadını
qucaqlayan
kişidir
.
–
Onu
çağırın
bura
gəlsin
.
–
Yoldaş
,
bağışlayın
,
mən
onu
çağıra
bilmərəm
,
hirslənər
.
–
Cəhənnəmə
hirslənsin
,
çağırın
deyirəm
sizə
–
prokuror
qapıçının
üstünə
qışqırdı
.
Qapıçı
əlacsız
qalıb
restoranın
direktorunu
çağırdı
.
Direktor
rəqs
etdiyi
qadını
buraxmayaraq
,
bizə
tərəf
gəldi
.
Hər
ikisi
lül
-
qəmbər
idi
.
–
Kimdir
məni
soruşan
? –
qışqıra
-
qışqıra
yanımıza
gəldi
.
–
Bu
nə
bardaqdır
açmısan
burda
–
prokuror
çox
hirslənmişdi
.
–
Bardaq
niyə
olur
,
şənlənməyə
haqqımız
yoxdur
?
Biz
ad
günü
keçiririk
.
–
Kimin
ad
günüdür
?
Belə
ad
günü
olar
,
elə
bil
dəlixanadır
.
–
Yoldaş
,
sizə
nə
dəxli
var
kimin
ad
günüdür
?
Sizə
hesabat
vermək
həvəsim
yoxdur
.
–
Bilirsiniz
mən
kiməm
?
–
Bilmirəm
,
heç
bilməyə
də
ehtiyac
duymuram
.
–
Mən
Bakı
Nəqliyyat
prokuroru
Elmar
Qarayevəm
,
eşitmisən
?
Restoranın
direktoru
diksindi
,
qadını
əlindən
buraxdı
,
elə
bil
sərxoşluğu
da
yoxa
çıxdı
:
–
Bağışlayın
yoldaş
Qarayev
,
tanımadım
.
Dönə
-
dönə
üzr
istəyirəm
.
Prokuror
ona
cavab
verməyib
,
bizə
,-
gedək
–
dedi
,-
daha
kofe
içəsi
olmadıq
.
Aradan
bir
neçə
gün
keçəndən
sonra
öyrəndik
ki
,
restoran
direktoru
işdən
çıxarılıb
.
Bilet
məsələsi
Ağcabədiyə
qohum
-
əqrəbaya
baş
çəkməyə
getmişdik
.
Geri
qayıdanda
,
Ağdam
-
Bakı
qatarı
ilə
gəlməyə
qərar
verdik
.
Deyirdilər
ki
,
bilet
almaqda
elə
bir
problem
olmur
,
elə
qatar
gedən
günü
bilet
almaq
olur
.
Odur
ki
,
qatarın
yola
düşməsinə
iki
saat
qalmış
dəmiryol
vağzalında
idik
.
Bilet
üçün
kassaya
müraciət
etdik
.
Kassadan
: –
bilet
yoxdur
–
cavabını
verdilər
.
Əlacsız
qalıb
Elmar
Qarayevin
adından
istifadə
etmək
istədik
.
–
Biz
Nəqliyyat
prokuroru
Elmar
Qarayevin
qohumlarıyıq
-
deyə
,
kassirə
müraciət
elədik
.
–
O
,
mənlik
deyil
,
vağzal
rəisinə
müraciət
edin
–
dedi
.
Biz
vağzalın
rəisinə
eyni
sözləri
təkrarladıq
.
Rəis
:
–
Elmar
müəllim
bizim
yerlimizdir
,
can
-
ciyərimizdir
,
fəxrimizdir
,
amma
üzüqarayam
,
bilet
yoxdur
.
Geriyə
,
Ağcabədiyə
qayıtmağa
qərar
verdik
.
Amma
fikir
verdim
ki
,
kassadan
bilet
alıb
çıxırlar
.
Bilet
alıb
çıxan
bir
nəfərə
yaxınlaşdım
:
–
Üzr
istəyirəm
,
o
bileti
necə
aldınız
?
Axı
bizə
dedilər
ki
,
bilet
yoxdur
.
–
Qardaş
,
puluna
minnət
.
İstəyirsiniz
,
sizə
də
alım
.
Amma
məzənnə
belədir
,
biletin
qiymətinin
iki
misli
.
Mən
dörd
biletin
(
biz
üç
nəfər
idik
,
amma
kupeni
bütöv
götürmək
istəyirdik
)
pulunu
ona
verdim
.
Heç
beş
dəqiqə
keçməmişdi
,
o
,
biletləri
gətirdi
.
Təşəkkürümü
bildirdim
.
Qatar
yola
düşdü
.
Qəribə
burası
idi
ki
,
vaqonun
yarıdan
çoxu
boş
idi
.
Bərdədə
,
Yevlaxda
bir
neçə
nəfər
minsə
də
,
Bakıya
qədər
boş
yerlər
var
idi
.
Dayımgilə
gəlmişdim
.
Elmar
Qarayev
də
orada
idi
.
Dayım
qızı
(
o
da
bizimlə
qatarla
gələnlərdən
idi
)
qəflətən
:
–
Elmar
əmi
,
bu
yaxınlarda
Ağcabədiyə
getmişdik
(
mən
nə
qədər
him
-
cim
elədimsə
,
o
,
dayanmaq
bilmirdi
),
qayıdanda
,
istədik
Ağdam
-
Bakı
qatarı
ilə
gələk
.
Ağdam
dəmiryolu
vağzalında
bilet
almaq
istədik
.
Dedilər
bilet
yoxdur
.
Məcbur
olub
sizin
adınızdan
istifadə
etmək
istədik
.
Vağzalın
rəisi
sizi
həmyerlisi
,
can
-
ciyəri
,
Ağdamın
fəxri
adlandırsa
da
, “
üzüm
qaradır
,
bilet
yoxdur
”
dedi
.
Əlacsız
qalıb
Ağcabədiyə
qayıtmaq
istəyirdik
ki
,
gördük
adamlar
kassadan
bilet
alıb
çıxırlar
.
Bilet
alan
bir
nəfərə
yaxınlaşıb
soruşduq
ki
,
bizə
də
bilet
ala
bilərmi
?
Niyə
almıram
,
puluna
minnət
–
cavabını
verdi
.
Hər
biletin
ikiqat
qiymətini
ödəməklə
bizə
dörd
bilet
aldı
.
Maraqlı
burası
idi
ki
,
vaqonda
bizdən
başqa
cəmi
bir
neçə
nəfər
vardı
.
Düz
Bakıya
qədər
bizim
vaqon
demək
olar
,
boş
gəldi
.
Elmar
Qarayev
heç
nə
demədi
,
amma
hiss
olunurdu
ki
,
çox
hirslənib
.
Sonradan
öyrəndik
ki
,
Ağdamın
dəmiryolu
vağzalının
rəisi
işdən
çıxarılıb
və
cinayət
məsuliyyətinə
alınıb
.
Rəis
Elmar
Qarayevin
qohum
-
əqrəbasını
,
dostlarını
onun
üstünə
töksə
də
,
prokuror
fikrini
dəyişməmişdi
.
Rəis
hətta
,
prokurorun
çox
hörmət
etdiyi
(
kimsə
onu
nişan
vermişdi
),
Ağcabədidə
yaşayan
qohumunu
bu
işə
qarışdırsa
da
,
heç
nə
alınmamışdı
.
Prokuror
qərarında
qəti
idi
.
lll
Moskvaya
getməyə
hazırlaşırdım
.
Bilet
almaq
lazım
idi
.
Tanışları
bu
işə
cəlb
etsəm
də
,
SV
vaqonuna
bilet
almaq
müşkül
bir
işə
çevrilmişdi
.
Elmar
Qarayevdən
kömək
istəməyə
(
ona
çox
çətin
vəziyyətlərdə
bilet
almaq
üçün
müraciət
edirdik
)
üzüm
gəlmirdi
.
İş
otağımda
oturub
bilet
haqqında
fikirləşirdim
.
Qapım
açıldı
.
Üçüncü
kurs
tələbəsi
,
gürcü
qızı
otağa
daxil
oldu
:
–
Xalil
Medjidoviç
,
niyə
dilxorsunuz
? –
soruşdu
.
–
Niyə
dilxor
olmayın
,
dəmiryolu
institutunda
işləyəsən
,
özün
də
qatara
bilet
tapa
bilməyəsən
,
bu
necə
olan
şeydir
?
–
Sizə
hara
,
nə
vaxta
,
neçə
bilet
lazımdır
?
–
Mənə
Moskvaya
SV
vaqona
bir
bilet
lazımdır
.
Bilet
almaq
üçün
aləmi
bir
-
birinə
qatmışam
,
amma
heç
nə
alınmır
.
–
Mən
Gürcüstan
Dəmiryolu
İdarəsi
rəisinin
katibəsiyəm
.
Bizim
rəis
sizin
Dəmiryolu
İdarəsinin
rəisi
ilə
tez
-
tez
telefonla
danışır
,
görüşürlər
.
Sizin
rəis
məni
də
tanıyır
.
Rəisdən
xahiş
edərəm
.
SV
vaqonuna
cəmi
bir
neçə
bilet
açıq
satışa
çıxarılırdı
,
qalan
biletlər
ayrı
-
ayrı
müəssisələrin
,
şəxslərin
bronu
şəklində
saxlanılırdı
.
Bu
bronlar
Dəmiryolu
İdarəsi
rəisinə
(2
bilet
),
Bakı
damiryolu
şöbəsinə
(1
bilet
),
Nəqliyyat
prokurorluğuna
(2
bilet
),
Nəqliyyat
Polis
İdarəsinə
(1
bilet
),
Mərkəzi
Komitəyə
(2
bilet
),
Nazirlər
Sovetinə
(2
bilet
)
və
s
.
aid
idi
.
O
biletlər
onların
icazəsi
olmadan
satışa
çıxarıla
bilməzdi
.
Yalnız
qatarın
yola
düşməsinə
üç
saat
qalanda
(
əgər
bron
sahiblərindən
xəbər
çıxmasa
)
bilet
satışa
çıxarıla
bilərdi
.
Bir
neçə
saatdan
sonra
gürcü
qızı
bileti
zərfdə
mənə
təqdim
etdi
.
Heç
pulunu
da
almaq
istəmirdi
.
Lakin
mən
biletin
pulunu
zorla
onun
cibinə
basdım
və
təşəkkürümü
bildirdim
.
Mənim
üçün
maraqlı
idi
,
o
,
bileti
necə
alıb
.
Bu
barədə
ondan
soruşdum
.
–
Dəmiryolu
İdarəsinə
getdim
.
Özümü
rəisin
katibəsinə
təqdim
etdim
,
həmkarıq
dedim
.
Rəisin
qəbuluna
düşmək
istədiyimi
bildirdim
.
O
,
kabinetə
girdi
,
mənim
xahişimi
rəisə
çatdırdı
.
Məni
içəri
dəvət
etdilər
.
Özümü
rəisə
də
təqdim
etdim
,
rəisimizin
salamını
çatdırdım
.
Rəis
məni
çox
səmimi
qarşıladı
,
onun
da
salamını
rəisimizə
çatdırmağı
xahiş
etdi
:
–
Xoş
gəlmisiniz
,
sizin
səsinizi
telefonda
çox
eşitmişəm
,
amma
üzünüzü
cəmi
bir
dəfə
görmüşəm
Tbilisidə
olanda
.
Buyurun
,
sizi
eşidirəm
.
–
Mən
Bakıda
dəmiryolu
institutunda
oxuyuram
.
Mənə
Moskvaya
SV
vaqonuna
bir
bilet
lazımdır
–
dedim
.
O
,
katibəyə
vağzal
rəisinə
zəng
edib
brondan
bir
bilet
ayırmağı
tapşırdı
.
Təşəkkürümü
bildirib
rəisdən
ayrıldım
.
Mən
gedib
xüsusi
kassadan
bileti
götürdüm
.
–
Afərin
,
Tamara
(
qızın
adı
idi
),
qoçaq
qızsan
–
dedim
.
Mən
Tamaranın
xidmətindən
(
o
,
artıq
institutu
bitirmiş
,
Nazirlər
Sovetində
Nəqliyyat
şöbəsinin
müdiri
işləyirdi
)
bir
dəfə
də
istifadə
etməli
oldum
.
Dayım
oğlu
Varnaya
(
Bolqarıstan
)
təyyarə
ilə
uçmalı
idi
.
Təyyarə
Tbilisidən
uçurdu
.
Təyyarəyə
bilet
almaq
çox
çətin
idi
.
Tamaraya
zəng
edib
(
əlaqəmiz
vardı
,
o
,
bütün
bayramlarda
məni
təbrik
edirdi
)
xahişimi
bildirdim
.
O
,
dayım
oğlunu
Tbilisi
aeroportunda
qarşılamış
və
Varnaya
bileti
ona
vermişdi
.
Sonralar
baş
vermiş
məlum
hadisələr
,
Sovet
İttifaqının
süqutu
,
respublikalar
,
insanlar
arasındakı
əlaqəni
mümkünsüz
etdi
.
Təəssüf
ki
,
mən
də
keçmiş
gürcü
tələbələrimlə
(
onların
əksəriyyəti
vağzal
,
stansiya
rəisləri
vəzifəsində
,
Dəmiryolu
İdarəsində
,
Nəqliyyat
şöbələrində
yüksək
vəzifələrdə
işləyirdilər
)
əlaqəm
kəsildi
.
O
cümlədən
,
Tamara
ilə
də
.
Barışıq
Elmar
Qarayev
dayımla
qohumluqdan
çox
,
yaxın
dost
idilər
.
Günləri
demək
olar
ki
,
bir
yerdə
keçərdi
.
Sevimli
gəzinti
yerləri
Dənizkənarı
park
idi
.
Amma
nədənsə
bir
-
birindən
tez
-
tez
inciyirdilər
,
hətta
,
küsürdülər
.
Lakin
heç
nə
olmamış
kimi
,
tez
də
barışırdılar
.
Bir
dəfə
isə
araları
bərk
dəydi
.
Yəqin
ki
,
nə
isə
ciddi
bir
şey
baş
vermişdi
.
Görünür
,
kimlərsə
onların
arasına
girmişdi
.
Küsülülükləri
lap
çox
çəkdi
.
Mən
bu
vəziyyətdən
çox
narahat
idim
.
Hiss
edirdim
ki
,
dayım
özü
də
bu
vəziyyətdən
mənəvi
əzab
çəkir
,
amma
barışmağın
heç
üstünə
də
gəlmirdi
.
Elmar
Qarayev
də
barışmağa
cəhd
göstərmirdi
.
Onu
Dənizkənarı
parkda
görən
olmamışdı
.
Heç
dayım
da
bulvara
getmirdi
.
Bir
gün
eşitdim
ki
,
Elmar
Qarayevi
vəzifəsindən
(
Nəqliyyat
prokuroru
)
azad
ediblər
.
Dayımgilə
gedib
bu
xəbəri
ona
çatdırdım
.
Dayımın
bu
işdən
xəbəri
yox
imiş
.
Elə
o
dəqiqə
dayım
Elmar
Qarayevə
zəng
etdi
:
–
Elmar
,
salam
.
Çoxdandır
səninlə
Bulvara
getmirik
,
yaman
darıxmışam
(
sanki
küsülü
deyillər
).
–
Vahid
(
dayımın
adıdır
),
çox
sağ
ol
zənginə
görə
,
bu
zəng
mənə
bu
vəziyyətimdə
məlhəm
kimi
təsir
etdi
.
İşdən
çıxan
gündən
hamı
məndən
yan
qaçır
,
ətrafımda
quyruq
bulayan
“
dostlarım
”
mənə
yaxın
gəlmir
,
salam
da
vermirlər
(
bizdə
bu
qəbul
olunmuş
münasibətdir
:
İşdən
çıxarılmış
yüksək
vəzifəli
adamla
salamlaşmaqdan
da
qorxurlar
).
Məni
hədsiz
sevindirdin
,
bağışla
,
gərək
vəzifədə
olan
vaxtı
zəng
edib
sənə
qarşı
düzgün
hərəkət
etmədiyimi
etiraf
edəydim
.
Qürurum
yol
vermirdi
.
İndi
görürəm
ki
,
bu
,
yersiz
qürur
imiş
.
Sənin
üçün
burnumun
ucu
göynəyir
.
Bulvarda
görüşənədək
.
Biz
dayımla
Bulvara
gəldik
.
Elmar
Qarayev
bizi
gözləyirdi
.
O
,
bizimlə
qucaqlaşıb
öpüşdü
.
Biz
həmişəki
kimi
,
Bulvarda
yorulunca
gəzdik
.
Sonra
çay
içməyə
getdik
.
Uzun
müddət
küsülü
olmaları
yaddan
çıxmışdı
.
R
.
A
.
Rudenko
ilə
tanışlıq
M
.
V
.
Lomonosov
adına
Moskva
Dövlət
universitetində
dörd
aylıq
ixtisasartırma
kursunda
idim
.
Dayım
Bakıdan
zəng
etdi
ki
,
Elmar
Qarayevlə
Moskvaya
gəlirik
, “
Moskva
”
mehmanxanasında
olacağıq
,
sən
də
ora
gəl
,
görüşək
.
Mehmanxanaya
gəldim
.
Xoş
-
beşdən
sonra
:
–
Bu
zəngin
süfrəni
mənə
görə
açmısınız
? –
deyə
,
zarafat
etdim
.
Dayım
:
–
Elə
sənə
görə
də
,
amma
bir
qonağımız
da
olacaq
,
SSRİ
Baş
prokuroru
Roman
Andreyeviç
Rudenko
.
–
Mənim
belə
bir
qonaqlıqda
iştirakım
məsləhətdirmi
–
dedim
.
Elmar
Qarayev
:
–
Elə
əsl
sənin
yerindir
,
qoy
Rudenko
görsün
ki
,
necə
istedadlı
gənclərimiz
var
.
–
Rudenko
istedadımı
nədən
görəcək
?
–
Sən
göstər
də
.
Çəkinmə
,
nə
mövzuda
istəyirsən
danış
.
Bir
azdan
qapı
açıldı
.
İki
nəfər
otağa
daxil
oldu
.
Onlardan
biri
Elmar
Qarayevlə
və
dayımla
qucaqlaşıb
öpüşdü
,
mənə
də
əl
verib
görüşdü
(
bu
,
yəqin
ki
,
R
.
A
.
Rudenko
idi
),
sonra
onunla
birlikdə
gələn
şəxsə
:
–
Sən
get
,
lazım
olanda
,
çağıraram
–
dedi
.
Dayım
məni
R
.
A
.
Rudenkoya
təqdim
etdi
:
–
Bacım
oğludur
,
MDU
-
da
stajirovkadadır
.
Riyaziyyatçıdır
.
Mənim
bacıoğlanlarımın
içərisində
ən
çox
sevdiyimdir
.
Ağıllı
,
dərrakəli
,
istedadlıdır
.
Rudenko
:
–
Riyaziyyat
gözəl
elmdir
.
Mən
məktəbdə
bu
fənni
çox
sevirdim
,
amma
seçimim
başqa
oldu
–
deyib
stol
arxasında
özünə
yer
tutdu
.
Stolun
üstündə
hər
cür
nemət
vardı
.
Hətta
,
Bakıdan
müxtəlif
xörəklər
,
şirniyyatlar
bişirtdirib
gətirmişdilər
.
Qonaqlıq
çox
səmimi
,
şən
(
müxtəlif
gülməli
hadisələr
,
lətifələr
danışırdılar
,
hətta
,
mən
də
ürəklənib
tələbə
həyatından
bir
lətifə
danışdım
,
hamı
şaqqanaq
çəkib
gülüşdü
)
keçirdi
,
hamı
özünü
elə
bil
öz
evində
hiss
edirdi
,
sərbəstlik
vardı
,
sanki
yanımızda
oturan
nəhəng
bir
dövlətin
Baş
prokuroru
deyil
,
sıravi
bir
adam
idi
.
R
.
A
.
Rudenko
Azərbaycan
xörəklərini
çox
tərifləyirdi
:
–
Hərçənd
,
hamı
erməni
konyaklarını
tərifləyir
,
amma
mən
Azərbaycan
konyaklarını
daha
çox
xoşlayıram
,
bunu
sizə
görə
demirəm
,
həqiqətən
belədir
,
xüsusilə
“
Azərbaycan
”, “
Yubiley
”
konyakları
.
Qonaqlıq
sona
yaxınlaşırdı
.
Rəsmi
adamların
rəsmi
danışıqlarına
mane
olmamaqdan
ötrü
mən
sağollaşıb
otağı
tərk
etdim
.
Əlbəttə
,
mənim
üçün
həmin
gün
çox
xoş
keçmişdi
,
əzizlərimlə
görüşmüş
,
ən
başlıcası
,
SSRİ
Baş
prokuroru
R
.
A
.
Rudenko
ilə
tanış
olmuşdum
.
Ən
böyük
təəssüratım
R
.
A
.
Rudenkonun
sadəliyi
,
səmimiyyəti
,
insani
keyfiyyətləri
idi
.
Fikirləşirdim
ki
,
gör
bizim
adi
rayon
prokuroru
özünü
necə
aparır
,
başqalarını
heç
adam
yerinə
qoymur
,
lovğalığı
,
təkəbbürü
,
özündənrazılığı
,
yekəxanalığı
,
ədası
yerə
,
göyə
sığmır
.
Məni
təəccübləndirən
Elmar
Qarayevin
Rudenkoya
olan
münasibəti
idi
.
Elə
bil
onlar
eyniranqlı
vəzifə
sahibləri
idilər
.
Mən
vəzifəli
şəxslərin
özlərindən
yüksək
vəzifəli
adamlar
yanında
cücəyə
döndüklərinin
çox
şahidi
olmuşdum
.
Onların
yaltaqlığı
iyrənc
bir
forma
alırdı
.
Burada
isə
mən
şəxsiyyətli
insanların
münasibətinin
şahidi
oldum
.
R
.
A
.
Rudenko
Elmar
Qarayevə
yaxın
bir
dostu
kimi
baxırdı
.
Mən
o
görüşün
xoş
təəssüratından
ayrıla
bilmirdim
.
Ovçu
professor
Dayım
ovçuluğa
nədənsə
professor
olandan
sonra
başlamışdı
.
O
,
professional
ovçu
olmuşdu
.
Amma
təbiətə
ziyan
vuran
ovçulardan
deyildi
.
O
,
təbiəti
çox
sevirdi
.
Respublikamızı
qarışbaqarış
gəzmişdi
.
Rayon
partiya
komitələri
katiblərinin
əksəriyyəti
ilə
yaxından
tanışlığı
vardı
.
Dost
olduğu
katiblər
də
az
deyildi
.
Elə
onlar
dayımı
ova
dəvət
edirdilər
.
Dayım
o
dövrlərdə
Tibb
İnstitutunda
kafedra
müdiri
işləyirdi
.
Üstəlik
dayım
Moskvada
nəşr
olunan
“
Sovetskiye
profsoyuzı
”
jurnalının
Orta
Asiya
,
Zaqafqaziya
üzrə
xüsusi
müxbiri
idi
.
Bu
dövr
həmkarlar
təşkilatının
at
oynatdığı
vaxtlar
idi
.
Odur
ki
,
dayımı
hər
yerdə
böyük
ehtiramla
qarşılayırdılar
.
Amma
bir
dəfə
Cəlilabad
rayonunda
xoşagəlməz
hadisə
baş
vermişdi
.
Quş
ovlayərkən
güllə
səsinə
hərbi
hissədən
gələn
olmuşdu
.
UAZ
maşınında
gələn
hərbçi
maşınını
xeyli
aralıda
saxlayıb
,
onların
yanına
gəlməyini
tələb
etmişdi
.
Dayım
sürücüsünə
:
–
Get
gör
kimlərdir
,
maşını
niyə
aralıda
saxlayıblar
,
nə
istəyirlər
?
Bu
vəsiqəni
də
göstər
(
xüsusi
müxbir
),
de
ki
,
biz
həmişə
burada
ov
etmişik
,
bura
sərhəd
zonası
deyil
.
Maşındakılar
sürücü
ilə
söhbətdən
sonra
maşını
sürüb
getdilər
.
Sürücü
qayıdıb
:
–
Vahid
müəllim
,
əvvəla
,
dedilər
ki
(
böyükləri
podpolkovnik
İvanov
idi
),
sizin
borcunuzdur
ki
,
bizə
yaxınlaşasınız
,
deməli
,
bizi
saymırsınız
.
İkincisi
,
sizə
kim
icazə
verib
ki
,
sərhəddə
yaxın
bir
yerdə
ov
edirsiniz
.
Üçüncüsü
,
sizin
kim
olmağınız
bizi
maraqlandırmır
–
deyib
,
müxbir
vəsiqəsini
cibinə
qoydu
və
əlavə
etdi
–
hərbi
hissəyə
gələrsiniz
.
Sonra
da
maşını
sürüb
getdilər
.
Müxbir
vəsiqəsinin
götürülüb
hərbi
hissəyə
aparılması
(
qanuna
görə
heç
kimin
təqdim
olunmuş
vəsiqənin
müsadirə
etməsinə
ixtiyarı
yoxdur
,
yalnız
vəsiqədəki
məlumatlar
götürülüb
mütləq
sahibinə
qaytarılmalıdır
),
hərbçinin
hərəkətləri
dayıma
çox
pis
təsir
etmişdi
.
Dayım
sürücüsünə
:
–
Sür
rayon
partiya
komitəsinə
.
O
dövrdə
Cəlilabad
rayon
partiya
komitəsinin
birinci
katibi
sosialist
əməyi
qəhrəmanı
məşhur
Qurbanov
idi
.
Onun
dayımla
çox
sıx
münasibətləri
vardı
.
Dayımı
səmimi
qarşılayan
katib
:
–
Vahid
müəllim
,
niyə
xəbərsiz
gəlmisən
?
–
Bilirsən
,
düzü
,
yanına
gəlmək
fikrim
yox
idi
.
Səni
işdən
ayırmaq
istəmirdim
.
Bilirəm
ki
,
işlərinizin
çətin
vaxtıdır
.
Amma
bir
hərbçinin
özbaşınalığı
məni
bura
gətirdi
.
Sənə
məlumat
verməmiş
hərəkət
etmək
istəmədim
.
Bilirsən
ki
,
hərəkət
etsəm
,
rayonda
ən
azı
ara
qarışacaqdı
.
Odur
ki
,
sənin
yanına
gəldim
.
Mən
heç
bir
qanunsuz
hərəkət
etməmişəm
.
Getdiyimiz
yer
sərhəd
zonası
deyil
,
özü
də
mən
orada
birinci
dəfə
deyil
ki
,
ov
edirəm
.
Ümumiyyətlə
,
hərbçinin
sərhəddən
uzaq
yerdə
ov
etmək
işinə
qarışmağına
kim
səlahiyyət
verib
.
Yaxşı
,
gəlmisən
,
niyə
maşınını
yüz
metr
aralıda
saxlayırsan
,
bizi
ayağına
apartdırırsan
,
üstəlik
,
qanunsuz
olaraq
,
vəsiqəmi
cibinə
qoyub
maşını
sürüb
gedirsən
.
Sənə
kim
ixtiyar
verib
ki
,
vəsiqəni
özünlə
aparırsan
.
Mən
istəmirəm
ki
,
rayonun
adı
yuxarılarda
hallansın
.
Odur
ki
,
tələb
edirəm
:
podpolkovnik
İvanov
bura
çağırılsın
,
bizdən
rəsmi
üzr
istəsin
,
müxbir
vəsiqəmi
özümə
qaytarsın
,
bir
də
belə
bir
özbaşınalığa
yol
verməyəcəyinə
söz
versin
.
Katib
:
–
Vahid
müəllim
,
xahiş
edirəm
,
hirslənmə
.
İndicə
o
yaramazın
tənbehini
verərik
–
deyib
,
hökumət
telefonuna
əl
atdı
və
hadisəni
olduğu
kimi
hərbi
hissə
rəisinə
danışdı
.
Heç
bir
saat
keçməmişdi
ki
,
podpolkovnik
İvanov
rayon
partiya
komitəsinə
gəldi
.
Katibə
,
dayıma
üzrxahlıq
elədi
.
Lakin
katib
onun
dayımdan
rəsmi
üzr
istəməsini
,
vəsiqəni
qaytarmağı
və
bir
də
səlahiyyətinə
aid
olmayan
işlərlə
məşğul
olmamağı
tələb
etdi
.
Podpolkovnik
bütün
tələblərlə
razılaşdı
.
Dayım
katibin
qonaqlıq
tədbirinə
ovqatının
pozulduğunu
bəhanə
gətirərək
,
razılıq
vermədi
və
sağollaşıb
Bakıya
yola
düşdü
.
Bizi İnstagramda izləyin
Müəllifin digər yazıları
Nazim həkim
31.07.14
"Mən sevməyi sevirəm"
08.01.14
Övladın övladı
21.06.13
Sənət sərhəd tanımır (2-ci yazı)
25.01.13
Sənət sərhəd tanımır- 1-ci yazı
24.01.13
Uşaqlıq xatirələri
13.12.12
“Deyirlər ki, toy olacaq...”
19.10.12
Əsas səhifə
Bütün xəbərlər
Siyasət
Sosial
İqtisadiyyat
Kriminal
Mədəniyyət
İdman
Şou-biznes
Ədəbiyyat
Çap versiyası
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.