Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk və Berd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə; Noyemberyan rayonunun Voskevan kəndində; Füzuli rayonunun işğal olunmuş Aşağı Seyidəhmədli; Ağdam rayonunun Yusifcanlı; Xocavənd rayonunun Kuropatkino; Tərtər rayonunun Çiləbürt və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.