Bu gün naməlum şəxslər Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk regional şöbəsinin sədri İslam Hüseynovu yaralayıb, onun mühafizəçisi isə qətlə yetirilib.
Trend-in məlumatına görə, bu barədə Ulyanovsk üzrə Daxili İşlər İdarəsinin nümayəndəsi RİA Novosti-yə bildirib.
"Hadisə Lenin küçəsi, 95 ünvanında saat 13:00-da baş verib. İlkin məlumata görə, Hüseynovun mühafizəçisi güman edilən şəxs öldürülüb. Hüseynovun özü isə həyatı üçün təhlükəli olmayan xəsarət alıb", - Dİİ əməkdaşı deyib.
Polis aydınlaşdırıb ki, hər şey mübahisə nəticəsində baş verib. Qeyri-rəsmi mənbələr isə RİA Novosti-yə diaspor liderinə qəsd barədə danışırlar.