Rusiyanın Kamçatka diyarında An-28 helikopterinin qəzalı eniş etməsi nəticəsində 10 nəfər ölüb. Göyərtədə olan digər 4 nəfər isə xəsarət alıb.
ANS Press-in Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, sağ qalanlar arasında 14 yaşlı qız uşağının olduğu bildirilir. Qəzalı eniş edən helikopter "Petropavlovsk-Kamçatka avia-müəssisəsi"nə məxsus olub. Qəzanın səbəbləri araşdırılır