Bakı və Abşeron yarımadasında dekabrın 26-da hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman gözlənilir. Cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 4-7, gündüz 10-14 dərəcə isti olacaq. Rayonlarda hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacaq.