Lent.az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətindən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə bildirilib ki, Atatürk prospektinin Əlövsət Əbdülrəhimov küçəsi ilə kəsişməsindən Məmməd Araz küçəsi ilə kəsişməsinə qədər olan hissəsində (Ayna Sultanova parkı istiqamətində) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Sürücülərə alternativ olaraq Koroğlu Rəhimov küçəsindən istifadə etmələri tövsiyə olunur.